- Cəmiyyət, Manşet

MDB Oyunları: Azərbaycan sərbəst güləşçiləri 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb

Azərbaycanın daha iki sərbəst güləşçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında çıxışını başa vurub.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəki dərəcəsində mübarizə aparan İslam İlyasov və 125 kq-da yarışan Aydın Əhmədov finalda uduzaraq gümüş medal qazanıb.

Beləliklə, Azərbaycanın sərbəst güləş millisi yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 6 qızıl, 4 gümüş və 11 bürünc medal var.

19:50

Azərbaycanın daha bir sərbəst güləşçisi Osman Nurməhəmmədov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının qalibi olub.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Bu, Azərbaycanın MDB Oyunlarında 6-cı qızıl medalıdır.

Qeyd edək ki, hazırda ölkənin aktivində 6 qızıl, 2 gümüş və 11 bürünc medal var.

19:36

Azərbaycanın daha bir sərbəst güləşçisi Abubakr Abakarov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının qalibi olub.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Bu, Azərbaycanın MDB Oyunlarında 5-ci qızıl medalıdır.

Qeyd edək ki, hazırda ölkənin aktivində 5 qızıl, 2 gümüş və 11 bürünc medal var.

19:29

Azərbaycanın sərbəst güləşçisi Əşrəf Aşırov Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarının qalibi olub.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 79 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Bu, Azərbaycanın MDB Oyunlarında 4-cü qızıl medalıdır.

Qeyd edək ki, hazırda ölkənin aktivində 4 qızıl, 2 gümüş və 11 bürünc medal var.

19:01

Azərbaycanın daha bir sərbəst güləşçisi Sabir Cəfərov Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında medal qazanıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc medala sahib çıxıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 2 gümüş və 11 bürünc medal var.

18:33

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında medal qazanıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal əldə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın 10 sərbəst güləşçisi yarışda mübarizəyə başlayıb.