- Cəmiyyət, Manşet

DÇ-2022: Türkiyə və Niderlanddan darmadağın, Ukrayna Fransa ilə heç-heçə edib

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V turun daha 7 oyunu keçirilib.

“Report”un məlumatına görə, qarşılaşmalar D, F, G və H qruplarında baş tutub.

D qrupunda Fransa səfərdə Ukraynanın müqavimətini qıra bilməyib – 1:1. F qrupunda İsrail Avstriyanı, Şotlandiya Moldovanı, Danimarka isə Farer adalarını məğlub edib.

G qrupunda yer alan Türkiyə millisi səfərdə Cəbəllütariqlə qarşılaşıb. Görüş “ay-ulduzlular”ın 3:0 qələbəsi ilə başa çatıb. Qolları 54-cü dəqiqədə Halil Dervişoğlu, 65-ci dəqiqədə Hakan Çalhanoğlu, 83-cü dəqiqədə isə Kenan Karaman vurublar. Bu qrupun digər görüşündə Niderland evdə Monteneqronu darmadağın edib.

H qrupunda isə Xorvatiya səfərdə Slovakiyaya qalib gəlib.

D qrupu

22:45. Ukrayna – Fransa – 1:1

Qollar: Nikolay Şaparenko, 44 – Antoni Marsyal, 50

Xal durumu: Fransa – 9 (5 oyuna), Finlandiya – 5 (3), Ukrayna – 5 (5), Bosniya və Herseqovina – 2 (3), Qazaxıstan – 2 (4)

F qrupu

22:45. Farer adaları – Danimarka – 0:1

Qol: Yonas Vind, 85

Qırmızı vərəqə: Rene Yonsen, 84 (Farer adaları)

22:45. İsrail – Avstriya – 5:2

Qollar: Manor Solomon, 5, Munas Dabbur, 20, Eran Zahavi 33; 90, Şon Veysman, 59 – Kristof Baumqartner, 42, Marko Arnautoviç, 55

22:45. Şotlandiya – Moldova – 1:0

Qol: Lindon Dayks, 14

Xal durumu: Danimarka – 15, İsrail – 10, Şotlandiya – 8, Avstriya – 7, Farer adaları – 1, Moldova – 1

G qrupu

22:45. Niderland – Monteneqro – 4:0

Qollar: Memfis Depay, 38 (penalti); 62, Corcinyo Veynaldum, 70, Kodi Qakpo, 76

22:45. Cəbəllütariq – Türkiyə – 0:3

Qollar: Halil Dervişoğlu, 54, Hakan Çalhanoğlu, 65, Kenan Karaman, 83

Xal durumu: Türkiyə – 11, Niderland – 10, Norveç – 10, Monteneqro – 7, Latviya – 4, Cəbəllütariq – 0

H qrupu

22:45. Slovakiya – Xorvatiya – 0:1

Qol: Marselo Brozoviç, 86

Xal durumu: Rusiya – 10, Xorvatiya – 10, Sloveniya – 7, Slovakiya – 6, Malta – 4, Kipr – 4