- Cəmiyyət, Manşet

Tramp Vaşinqtondakı hotelini satır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonda yerləşən hotel binasının satışı ilə bağlı danışıqlar aparır.

APA “Axios” nəşrinə istinadən xəbər verir ki, belə olan halda sabiq prezidentinin qızıl hərflərdən ibarət soyadı Vaşinqtonun əsas küçəsindən yox olacaq.

Məlumata görə, binadan istifadə hüquqlarının satışı ilə bağlı danışıqlar ilkin mərhələdədir. Bildirilir ki, daşınmaz əmlaka aid hüquqlar yerli bir şirkətə satılır və otelin brendi ilə bağlı da danışıqlar gedir. Nəşr sövdələşmənin təfərrüatlarının hələ də məlum olmadığını və bunun üçün uzun zaman lazım olduğunu bildirir.

Trampın hoteli Vaşinqtonun əsas küçəsində, Ağ Evdən 500 metr və Kapitoli binasından isə bir kilometr məsafədə yerləşir. Digər otellərdə olduğu kimi, bu binanın fasadında da siyasətçinin soyadının beş qızıl hərfləri yer alıb.