ABŞ-ın Nortvestern Universitetinin həkimləri insan ömrünü uzatmağın daha bir sirrini açmağa müvəffəq olublar.
Araşdırma “JAMA Network Open”də dərc edilib.
Araşdırmanın nəticəsinə əsasən, gündə azı 7 min addım gəzən insanlarda ölüm riski azalır.
Təcrübədə 2006-cı ildən bəri fiziki aktivliyi izlənilən 38-50 yaş arası 2 110 qadın və kişi iştirak edib. İştirakçılar üç qrupa bölünüb: birinci kateqoriyada insanlar gündə 7 mindən az, ikinci mərhələdə – gündə 7-10 min addım, üçüncüsündə – 10 mindən çox addım atıblar.
Nəticələr fiziki aktivliyi yüksək və orta səviyyədə olan iştirakçı qruplarında ölüm riskinin çox aşağı olduğunu göstərib. (report)