Futbol üzrə 2022-ci il dünya çempionatının Belarus və Uels yığmaları arasında keçirilmiş oyunu dramatik alınıb.
“Report”un məlumatına görə, Rusiyanın Kazan şəhərindəki Mərkəzi Stadionda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 3:2. Qalib komandadan hər 3 qolu kapitan Qaret Beyl vurub. O, 5-ci və 69-cu dəqiqələrdə penaltidən fərqlənib. 90+3-cü dəqiqədə isə Beyl qələbə topunun müəllifi olub.
Daha bir penaltini isə 29-cu dəqiqədə meydan sahiblərindən Vitali Lisakoviç yerinə yetirib. Bundan cəmi 1 dəqiqə sonra Pavel Sedko Belarusun oyunda ikinci və yeganə qolunu vurub.
Bu qələbə sayəsində xalını 6-ya çatdıran Uels E qrupunda 3 oyunla 3-cü pillədə qərarlaşıb. 3 xala malik Belarus isə 4 görüş keçirib və 4-cü yerdə gedir.