- Cəmiyyət, Manşet

Zelenskiyə qarşı sui-qəsdin təfərrüatları məlum olub

Ukrayna Təhlükəsizlik Xidmətinin zəng mərkəzinə ölkə prezidenti Vladimir Zelenskiyə qarşı sui-qəsdin hazırlanması barədə məlumat daxil olub.
Xidmətin etimad xəttinə zəng edən şəxs özünü Georgiyev Vladimir Aleksandroviç kimi təqdim edib. O, bildirib ki, Ukrayna prezidentinə qarşı sui-qəsdin təşkili və Ali Radanın binasına hücum barədə danışılanları eşidib.
Mərkəzdən həmin nömrəyə cavab zəngi zamanı isə dəstəyi bir xanım qaldırıb.
O, Kiyev-Peçerski monastrının işçisi olduğunu bəyan edib. Qadının sözlərinə görə,  zəng edən psixi pozğunluqları olan şəxsdir və o, tez-tez məbədin meydançasında gəzişir.
Hazırda naməlum şəxs axtarışdadır. Məsələ ilə bağlı araşdırma aparılır.(oxu.az)