- Cəmiyyət, Xəbərlər

Ərdoğan kitab yazdı: “Daha ədalətli dünya mümkündür”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yazdığı kitab sabah oxuculara təqdim ediləcək.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Daha ədalətli dünya mümkündür” adlı kitabda Ərdoğan Türkiyənin insanlıq üçün ədalət axtardığını izah edir.

Kitabda Türkiyə lideri qaçqın böhranı, beynəlxalq terrorizm və islam əleyhinə olan qlobal siyasət haqqında danışır.

Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının legitimliyi, funksionallığı, effektivliyi və idarə edilməsi problemlərinə də diqqət çəkdiyi kitabda xüsusilə təşkiların Təhlükəsizlik Şurasında hərtərəfli islahatlara ehtiyac olduğunu vurğulayır.

“Ədalət bu gün dünyanın ən çox ehtiyac duyulan problemlərindən biridir. Qlobal ədalətin bərqərar olmasından məsul olan qurumlar təəssüf ki, böyük bir ətalət içindədir”, – deyə Ərdoğan kitabda qeyd edib.