- Cəmiyyət

“Taliban” Pəncşirə nəzarəti tam ələ keçirib

“Taliban” Əfqanıstanın şimal vilayəti olan Pəncşirə nəzarəti tam ələ keçirib.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu “Taliban”ın təmsilçisi Zabiulla Mücahid bildirib.

O qeyd edib ki, “Taliban”a tabe olmayan Pəncşir vilayəti tam olaraq ələ keçirilib.

Əfqan agentliyi “Asvaka” bildirib ki, taliblər artıq Pəncşir qubernatorluğunun binasına öz bayraqlarını sancıblar.

Bildirilir ki, vilayət uğrunda gedən döyüşlərdə hər iki tərəfdən çoxlu komandir ölüb. Onların arasında “Taliban”ın Pəncşir əməliyyatına məsul Qari Fasihuddin də var. Lakin “Taliban” hələlik bu məlumatı təsdiqləməyib.