- Cəmiyyət

İranın İraqdakı hərbi birləşməsinin komandanı öldürülüb

İraqın Babil əyalətində “Haşdi-Şabi” silahlı birləşməsinin əl-Cəzirə əməliyyatlar komandanı Asif Həsən Kərim bomba hücumu nəticəsində ölüb.

“Report” xəbər verir ki, bunu Babil əyaləti Polis İdarəsinin rəisi “Anadolu” agentliyinə bildirib.

Məlumata görə, hadisə Babil əyalətinin İveysat bölgəsinin Ceref ən-Nasr nahiyəsində komandanın olduğu avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində baş verib.

Partlayış nəticəsində Kerimlə yanaşı iki nəfər də yaralanıb. Hadisə baş verən Uveysat bölgəsi “Haşdi Şabi” silahlı birləşməsinin nəzarəti altındadır. Hadisənin məsuliyyətini hələ ki, üzərinə götürən yoxdur.

Qeyd edək ki, bu silahlı birləşmə İran tərəfindən yaradılıb.