- Cəmiyyət, Xəbərlər

Türkiyədə il ərzində 95 minə yaxın qanunsuz miqrant saxlanılıb

Türkiyədə bu il 94 915 qanunsuz miqrant saxlanılıb.

Bunu ölkənin daxili işlər nazirinin müavini İsmail Çataklı aylıq mətbuat konfransında bildirib.

“Hazırda yeni böyük bir miqrant axınından söhbət getmir. Anormal artım iddiaları rəqəmlərdə görünmür. 2020-ci ildə 122 min qanunsuz miqrantın Türkiyəyə daxil olmasının qarşısını almışıq. İl başlayandan bəri isə 94 915 qanunsuz miqrant saxlanılıb”, – o qeyd edib.

Nazir müavini deyib ki, bunlardan 40 098 nəfəri Əfqanıstan əsilli miqrantlar olub. (report)