Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi hissəsinə xarici turistlər də səfər edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-avqust aylarında Laçın dəhlizi vasitəsilə Qarabağa 2560 əcnəbi turist gəlib. Onlar arasında Rusiya vətəndaşları 90%-dən çox olub.
Bundan başqa, ABŞ, İran, Ukrayna və Fransa vətəndaşları da Qarabağa gələnlər arasındadır.