- Cəmiyyət, Manşet

Əfqanıstanda oğlan və qız tələbələr arasında pərdə asıldı

“Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ilk dəfə tələbələr universitetlərə qayıdıb.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Agentlik qeyd edir ki, bəzi universitet auditoriyalarında qadın və kişi tələblər arasında pərdə asılıb, bəzilərində lövhələr yerləşdirilib, digərlərində isə ümumiyyətlə ayrı-ayrı otaqlarda dərslər keçirilib.

Sonuncu dəfə 1996-2001-ci illərdə hakimiyyətdə olan hərəkat həmin illərdə qızları məktəbdən, qadınları isə universitetdən və işdən uzaqlaşdırmışdı.

“Taliban” qadın hüquqlarının İslam dininin qanunlarına uyğun olaraq qorunacağına dair təminat verib.