- Cəmiyyət, Manşet

Ermənilər Nərimanovun büstünü güllələyib zibilxanaya atıblar

Biz XXI yüzildə yaşasaq da, Ermənistan quldarlıq quruluşu təfəkkürü ilə hərəkət edir. 30 il Ermənistan işğalında olan Azərbaycanın yaşayış məntəqələrində bütün qəbirlər dağıdılıb, ölülərin qızıl dişləri çıxarılıb.

Bütün evlər yandırılıb. Bütün meyvə ağacları doğranılıb. Bütün tarixi, mədəni abidələr yerlə yeksan edilib.

Modern.az saytının əməkdaşı Kəlbəcərin İstisu qəsəbəsində olarkən yeni erməni vəhşiliyinin şahidi olub.

Qəbir eşən, ev yandıran, meyvə ağaclarını kəsən ermənilər İstisu qəsəbəsində Nərimanovun büstünü güllələyib zibilxanaya atıblar.

Şuşada güllələnən büstlər kimi Nərimanovun da güllələnmiş büstü erməni barbarlığının nümunəsi kimi elə əvvəlki yerinə qoyula bilər.