- Cəmiyyət

Mövlud Çavuşoğlu: “Türkiyənin qoşulmadığı hər hansı anlaşmanın heç bir qüvvəsi yoxdur”

“Nə haqqımızın yeyilməsinə imkan verərik, nə də başqasının haqqını yeyərik”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində bildirib.

“Yunanıstanın dənizlərdə maksimalist yanaşması qəbuledilməzdir. Biz ədalətli şəkildə bölünmənin tərəfdarıyıq.

Türkiyənin qoşulmadığı hər hansı anlaşmanın heç bir qüvvəsi yoxdur. Aralıq dənizinin şərqi ilə bağlı bütün ölkələrin maraqlarına uyğun razılaşma olmalıdır”, – o qeyd edib.

Türkiyə XİN başçısı həmçinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirlə münasibətlərin normallaşmasının vacibliyini vurğulayıb.