Azərbaycan samboçusu Elvin Bağırov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
“Report”un Kazana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 64 kq-da mübarizə aparan idmançı özbəkistanlı Şahriyorbek Mamatkulovla qarşılaşıb.
Rəqibini 8:7 hesabı ilə məğlub edən Bağırov qızıl medal qazanıb.