Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkənin müvəqqəti hökumətinin tərkibini elan edib.
Modern.az xəbər verir ki, bu barədə hərəkatın rəsmisi Zəbihullah Mücahid məlumat verib.
1996-2001-ci illərdə “Taliban” idarə şurasının sədri olan Molla Məhəmməd Həsən Axund Əfqanıstanın baş naziri vəzifəsini icra edəcək. Hökumətin digər üzvləri aşağıdakılardır:
Baş nazirin müavini – Molla Abdul Qani Bəradər
Xarici işlər naziri – Molla Əmir Muttaki
Daxili işlər naziri – Siracuddin Haqqani
Müdafiə naziri – Məhəmməd Yaqub Mücahid
Mədəniyyət və informasiya naziri – Zəbihullah Mücahid
Maliyyə naziri – Hidayətulla Bədir
Kəşfiyyat naziri – Molla Əbdülhaq Vasik
İqtisadiyyat naziri – Məhəmməd Hənif
Mərkəzi Bankın rəhbəri – Məhəmməd İdris.