- Cəmiyyət, Manşet

Qarabağ və Şərqi Zəngəzurda işlər necə gedir?

Qarabağda və Şərqi Zəngəzurda 10 infrastruktur layihəsi icra olunur.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

A.Nəcəfli bildirib ki, layihələrdən biri “Zəfər yolu”dur. Onun sözlərinə görə, “Zəfər yolu”na paralel olaraq inşa olunan 4 və 6 hərəkət zolaqlı Əhmədbəyli-Füzuli-Şuşa magistral yolu 81,6 kilometr uzunluğa malikdir.

“Toğanalı-Kəlbəcər-İstisu yolu 80,7 kilometr, Kəlbəcər-Laçın yolu 72,3 kilometr, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu 123,8 kilometr, Talış-Tapqaraqoyunlu-Qaşaltı yolu 22 kilometr, Xudafərin-Qubadlı-Laçın yolu 83 kilometr, Şükürbəyli-Cəbrayıl-Hadrut yolu 43 kilometr, Füzuli-Hadrut yolu 13 kilometr və Bərdə-Ağdam yolu 45 kilometrdir. Bu layihələrdə genişmiqyaslı işlər həyata keçirilir. Müəyyən olunmuş vaxt ərzində inşaat işlərinin yekunlaşdırılması üçün AAYDA-nın tabeli təşkilatları, subpodratçı şirkətlər olaraq isə qardaş Türkiyənin şirkətləri cəlb olunub. Qeyd olunmuş vaxtlara uyğun olaraq yolların inşasının da yekunlaşdırılması hədəflənir”, – deyə qurum rəsmisi qeyd edib.