Azərbaycan Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında daha iki bürünc medal qazanıb.
“Report”un məlumatına görə, oğlanlar və qızlardan ibarət stolüstü tennis üzrə milli komandalar yarışda üçüncü yeri tutub.
Oğlanlardan ibarət yığmanın tərkibində Adil Əhmədzadə, Emin Məmmədov, Vəzir Allahverdiyev və İbrahim Məhəmməd Ansari yer alıb.
Qadınlarda isə Ləman Abdulhəmidova, Aylin Əsgərova, Nəzakət Qarayeva və Mərziyyə Nurmətova MDB Oyunlarında mübarizə aparıb.