Türkdilli dövlətlərin iş adamları Qarabağda quruculuq işlərinə qatılacaqlar.
Bunu jurnalistlərə açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdat Amreyev deyib.
Onun sözlərinə görə, sevindirici haldır ki, biz Azərbaycanın dövlət başçısına verdiyimiz sözü tutduq: “Bu gün bu məsələyə dair böyük biznes forum keçiriləcək və hesab edirəm, bizim iş adamlarımız Qarabağın inkişaf prosesində önəmli rol oynayacaq”. (apa)