- Cəmiyyət

Bakıda Qırğızıstan Ticarət Evinin açılışı planlaşdırılır

Bakıda Qırğızıstan Ticarət Evinin açılışı planlaşdırılır.

Bu barədə “VB.KG” portalına Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev məlumat verib.

Diplomat bildirib: “Biz bu məsələ üzərində işləyirik”

Səfir qeyd etdi ki, sentyabrın 11 -də Qırğızıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycanın biznes strukturlarının nümayəndələri, eləcə də “Ələt” azad iqtisadi zonasının sədri Valeh Ələsgərovla bir sıra görüşlər təşkil edilib.

Görüşün yekununda tərəflər oktyabrın əvvəlində Qırğızıstan Respublikasında növbəti görüşün təşkil edilməsi barədə razılığa gəliblər.

trend.az