- Cəmiyyət, Manşet

Azərbaycan polisi Gorus-Qafan yolunda İran yük maşınlarını yoxlayır – Ermənistan MTX

Bu barədə bu gün armeniasputnik.am saytı məlumat verib. Xəbərdə deyilir ki, Ermənistanın Sünik rayonunun Gorus-Qafan yolunda Azərbaycan polis əməkdaşları sənədləri və yükləri yoxlamaq üçün İran yük maşınlarını saxlayır. “Sentyabrın 12-si saat 12: 00-dan etibarən Azərbaycan polisi Gorus-Qafan avtomobil yolunun Eyvazlı hissəsində (Ermənistanın Vorotan kəndi yaxınlığında) yük maşınlarını saxlamağa başlayıb. Vəziyyəti tənzimləmək üçün Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya FTX-nin sərhədçiləri birlikdə çalışır”, – deyə xəbərdə qeyd edilir.

kamilinfo.net