ABŞ 2026-cı maliyyə ilində hərbi xərclərini 1,01 trilyon dollara çatdırmaq niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi növbəti maliyyə ili üçün federal büdcə layihəsində göstərilib.
Sənədə əsasən, müdafiə xərclərinin 2025-ci il səviyyəsi ilə müqayisədə 13 % artırılması planlaşdırılır.