- Cəmiyyət

ABŞ ARRW hipersəs raketinin yeni sınaqlarını keçirib

ABŞ Kaliforniyanın cənub sahillərində havadan buraxılan AGM-183A ARRW hipersəs raketinin yeni sınaqlarını keçirib.

Bu barədə “Report” “Defence News”a istinadən xəbər verir.

Bildirilib ki, buraxılış avqustun 19-da “Boeing B-52H Stratofortress” strateji bombardmançı təyyarəsindən həyata keçirilib.

Qeyd olunub ki, sınaqlar nəticəsində hərbçilər və tərtibatçılar ARRW raketinin imkanları barədə dəyərli məlumatlar əldə ediblər.

Raket “Lockheed Martin” korporasiyası tərəfindən istehsal olunur.