- Mədəniyyət

ABŞ-da “Emmi” mükafatları təqdim olunub

“Beynəlxalq Kino Sənəti və Elmləri Akademiyası” tərəfindən verilən beynəlxalq “Emmi” mükafatları Nyu-Yorkda sahiblərinə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, ötən il COVID-19 epidemiyası səbəbindən virtual olaraq təşkil edilmiş “Emmi” mükafatlarının təqdimat mərasiminin aparıcısı bu il amerikalı aktrisa Ynome Orji olub.

“Ən yaxşı bədii film” mükafatını rejissor Qreqori Monronun çəkdiyi “Kubrick by Kubrick” adlı fransız sənədli filmi qazanıb. İngilis aktrisa Hayley Squires “Yetkinlər üçün material” (Adult Material) serialındakı roluna görə, “Ən yaxşı qadın aktrisa” mükafatını, britaniyalı Devid Tennant “Des” serialında canlandırdığı qatil obrazına görə “Ən yaxşı kişi aktyor” mükafatını qazanıb. “Ən yaxşı dram filmi” mükafatı isə İsrailin “Tehran” serialına verilib.