ABŞ vətəndaşı olan Devon Erikson 2019-cu ilin may ayında məktəbə hücum etdiyinə görə vaxtından əvvəl azad olunma imkanından məhrum edilməklə ömürlük həbs cəzasına məhkum edilib.
Modern.az-ın xəbərinə görə, bu barədə yerli KİV-lər məlumat yayıb.
Müvafiq qərar Nebraska ştatının Duqlas dairə məhkəməsi tərəfindən verilib.
Məlumata görə, gənc oğlan məktəbdə bir nəfəri öldürmüş, 8 nəfəri isə yaralamışdı. Buna görə o, 1282 il müddətinə həbs cəzası alıb. Təhsil müəssisəsinə edilən hücumda onun əlbiri də iştirak edib.
2021-ci ilin iyununda ittihamçılar Eriksona qarşı sinif yoldaşı, 18 yaşlı Kendrik Kastilyonun öldürülməsi də daxil olmaqla təxminən 40 ittiham irəli sürüblər. O, həmçinin qəsdən adam öldürməyə cəhd, yandırma, oğurluq, məktəb ərazisində silah saxlamaq kimi 31 daha az ağır ittihamlar üzrə məhkum edilib.