- Cəmiyyət

ABŞ-da “İda” qasırğası qurbanlarının sayı 63 nəfərə çatıb

ABŞ-da “İda” qasırğasının səbəb olduğu müxtəlif hadisələr nəticəsində azı 63 ölüb.

Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Nyu-York ştatında 17, Nyu-Cersi ştatında 27, Luizianada 13, Pensilvaniyada 4, Konnektikut və Merilend ştatlarının hər birində isə 1 nəfər qasırğanın qurbanı olub.

Bununla belə, ölənlərin sayının artacağı gözlənilir.

Nyu-Cersi ştatında daha 4 nəfər itkin düşmüş hesab olunur.