Vaşinqtonun şimal-qərbində baş vermiş atışma zamanı 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Kolumbiya dairəsinin Polis İdarəsinin rəhbəri Robert Konti məlumat verib.
“Atışma zamanı 3 nəfər həlak olub. Daha 3 nəfər xəsarət alıb, onların həyatı üçün təhlükə yoxdur”, – deyə o bildirib.
Qeyd edilir ki, hadisə axşam olub. Naməlum şəxslər avtomobildən düşərək, ətrafdakılara atəş açıblar, sonra isə gizləniblər.
“Bu sadəcə sarsıdır. Biz çoxdan odlu silahın tətbiqi ilə zorakılıq problemi haqqında danışırıq”, – Konti qeyd edib.
“Bilirik ki, bu problem Vaşinqton üçün unikal deyil, amma düşünürəm ki, bu, bizim cəmiyyətimizdə müşahidə edilən xəstəlikdir. Bu xəstəlik – silahın tətbiqi ilə zorakılıqdır, bizdə belə cinayətləri törədən insanlar var”, – Konti qeyd edib.
O, cinayətkarlar haqqında informasiya verənə 75 min ABŞ dolları məbləğində mükafat vəd verib.