Kiçik Robert Kennedi ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün Yuta ştatında lazımi sayda imza toplayıb.
“Report”un məlumatına görə, bu barədə siyasətçinin rəsmi saytı məlumat yayıb.
Beləliklə, ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək yeni namizəd müəyyənləşib.
Yanvarın 3-də kiçik Kennedinin 50 ştatın hamısında səsvermə bülleteni ilə bağlı planlarını açıqlayacağı gözlənilir.
O, bundan əvvəl “Fox News”a müsahibəsində “Amerika hərbi imperiyası”nın “söküləcəyi”ni vəd etmişdi. Həmçinin ÇXR və Rusiya Federasiyasının təxribatlarına yönəlmiş “ehtiyatsız və döyüşkən” siyasətə son qoyacağına, habelə ABŞ-ın xaricdəki hərbi bazalarının əksəriyyətini ləğv edəcəyinə və ölkənin silahlı qüvvələrinin şəxsi heyətinin sayını azaldacağına söz verib.