ABŞ-da atmosferin stratosfer qatında bir ilə qədər davamlı qala bilən kəşfiyyat üçün nəzərdə tutulmuş dron sınaqdan keçirilib.
“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Sınaq uçuşu ABŞ-ın Nyu-Meksiko ştatının səhra ərazisində həyata keçirilib. Britaniyanın “BAE Systems” müdafiə şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış “Phasa 35” pilotsuz uçuş aparatı havaya buraxılıb.
Pilotsuz təyyarə 20 kilometr hündürlüyə qalxıb və onun uçuşu bir gün davam edib.
Nəşrin müəllifləri güman edir ki, yaxın gələcəkdə Qərb tezliklə Ukrayna Silahlı Qüvvələrini belə avadanlıqlarla təchiz etməyə başlayacaq.