ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İran və Azərbaycan arasında gərginliyə münasibət bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü bu barədə mətbuat brifinqində danışıb.
O, jurnalistin: “Son zamanlar İranın qonşu ölkə Azərbaycana qarşı hərəkətlərini, bəyanatlar gördük. Onlar Azərbaycanı bölgəyə üçüncü tərəfləri cəlb etməkdə ittiham edərək hədələyirlər. Bu açıqlamalardan, xüsusən də ABŞ-ın maraqlarının və enerji boru kəmərlərinin bölgədə risk altında ola biləcəyindən narahatsınızmı” sualını cavablandırıb.
“Siz İranı fərqli kontekstdə qeyd etdiniz, ancaq əvvəlcə deməliyəm ki, bizim Rusiya ilə də ortaq marağımız qarşılıqlı olaraq Birgə Hərtərəfli Fəaliyyət Planına geri qayıtmaqdır. Bu, elə məsələdir ki, bizim bunu Rusiya ilə də müzakirə etmək imkanımız oldu. İran heç vaxt nüvə silahı əldə edə bilməz.
İranın regional fəaliyyətlərinə gəldikdə, biz bu məsələdə çox açıq şəkildə mövqeyimizi bildirmişik, biz durduğumuz yerdəyik. İran proksi qüvvələrin, digər regional aktorlara dəstəyi, təhdidləri və daha geniş deşək, hədələyici açıqlamaları da daxil olmaqla, bir çox cəhətdən sabitliyi pozan aktordur “, – deyə N. Prays bildirib. (modern.az)