- Cəmiyyət

ABŞ dövlət katibi Rusiya ilə gözlənilən danışıqları şərh edib

“ABŞ və Rusiya nümayəndə heyətləri arasında Cenevrədə keçiriləcək danışıqlar Moskvanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığını müzakirə etmək üçün fürsət olacaq”.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“İndi bizim dialoq və diplomatiya yolu ilə Rusiyanın (NATO ilə bağlı) haqlı narahatlıqlarını, eləcə də Rusiyanın Avropadakı davranışı ilə bağlı digər ölkələrin çoxsaylı narahatlıqlarını həll edə biləcəyimizi görmək imkanımız var”,-deyə, Blinken əlavə edib.

Eyni zamanda, o vurğulayıb ki, ABŞ Rusiyaya münasibətdə diplomatiya və dialoq yolunu ən üstün yol hesab edir: “Lakin “qarşıdurma yolu ilə gedəcəyi təqdirdə qətiyyətli tədbirlərdən istifadə etməyə hazırdır”.