ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin sabah Ukraynaya səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev metrosunun stansiyalarından birində keçirdiyi mətbuat konfransında bildirib.
“Müdafiə naziri və dövlət katibi ilə görüşüm olacaq. Təhlükəsizlik təmin edilən kimi ABŞ Prezidenti də gələcək. Sabah bizə lazım olan silahların siyahısı və onların çatdırılma sürəti barədə danışacağıq”, – Ukrayna lideri qeyd edib.
Zelenski deyib ki, Qərb tərəfdaşları daha tez qərarlar qəbul etməyə və yardım göstərməyə başlayıblar.
“Mən xüsusilə ABŞ-dan bu sürət dəyişikliyini görürəm”, – Ukrayna lideri deyib.