- Cəmiyyət, Manşet

ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib

ABŞ-ın Şimali Karolina ştatının altı şəhərində “Azərbaycan Günü” elan edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən xəbərə görə, ştatın Roli, Şarlotta, Durham, Keri, Fayetville və Apeks şəhərlərində oktyabrın 18-i Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə bəyannamələr qəbul edilib.

Bəyannamələri Apeks şəhərinin meri Jak Jilber, Durham şəhər meri Stiv Sevel, Şarlotta şəhər meri Aleksandr Layles, Roli şəhər meri Meri-Ənn Bolduin, Keri şəhər meri Harold Veyinbrext imzalayıblar.

Bəyannamələrdə bildirilib ki, ABŞ müasir Azərbaycan Respublikasının (Naxçıvan və Qarabağ bölgəsi daxil olmaqla) ərazi bütövlüyünü, dövlət suverenliyini və müstəqilliyini qeyd-şərtsiz dəstəkləyir. Amerika-Azərbaycan Dostluq Təşkilatının Şimali Karolinada mədəni müxtəlifliyin zənginliyinə, iqtisadi rifaha töhfə verdiyi, son 30 il ərzində dünyada təxminən bir milyon soydaşımızın və Azərbaycan əsilli amerikalıların 18 oktyabr tarixini Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd etdikləri, ulu babalarının Azərbaycanda və Cənubi Qafqaz regionunda azadlıq və demokratiyanın yayılmasında misilsiz xidmət göstərdiklərinə böyük ehtiramla yanaşdıqları nəzərə çatdırılıb.