- Cəmiyyət

ABŞ-ın Sənaya endirdiyi zərbələr nəticəsində 13 nəfər ölüb

Amerikanın Yəmənin paytaxtı Səna şəhərinə endirdiyi hava zərbələri nəticəsində 13 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralılar barədə məlumat yoxdur.

ABŞ Prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinə Yəməndəki husi üsyançılarına güclü zərbələr endirməyi əmr edib. Tramp qərarını husilərin gəmilərə, təyyarələrə və dronlara atəş açması ilə əsaslandırıb.