- Cəmiyyət

ABŞ İran hakimiyyətinə nüvə silahı ilə bağlı xəbərdarlıq edib

ABŞ administrasiyası İran hakimiyyətinə bu ölkədə potensial olaraq nüvə silahı yaratmaq məqsədi daşıyan fəaliyyətlər aşkarlaması ilə bağlı xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.

Nəşrin mənbələrinə görə, xəbərdarlıq iyun ayında həm üçüncü ölkə, həm də birbaşa kanallar vasitəsilə göndərilib.

Nəşrin məlumatına görə, Amerika tərəfi Tehrana İranın nüvə silahı yaratmaq üçün istifadə oluna biləcək tədqiqat fəaliyyətləri ilə bağlı dərin narahatlığını ifadə edib.

Məqalədə deyilir: “ABŞ və İsrail son aylarda iranlı alimlərin nüvə sahəsində şübhəli fəaliyyətini qeydə alıblar. İsrail və ABŞ kəşfiyyat agentlikləri İranın hərəkətlərini və nüvə silahı ilə bağlı məsələlərdə ölkənin mövqeyində dəyişiklik olub-olmadığını anlamağa çalışırlar. İran tərəfi kursda heç bir dəyişiklik olmadığını əmin edib. Tehran nüvə silahının yaradılması üzərində işləmədiyini vurğulayıb”.