ABŞ administrasiyası HƏMAS-la İsrail arasında hərbi əməliyyat artacağı təqdirdə Yaxın Şərq regionundan yüz minlərlə vətəndaşını təxliyə etməyə hazırlaşır.
“Report” xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Qeyd olunub ki, ilk növbədə, söhbət İsraildə yaşayan 600 min, Livandakı 86 min ABŞ vətəndaşından söhbət gedir.
Məlumata görə, mənbələr vəziyyətin inkişafı üçün ən pis və ən az ehtimal olunan müxtəlif ssenarilərə hazırlıqların aparıldığını da bildiriblər.
Qəzetin yazdığına əsasən, ABŞ-ın qeyd-şərtsiz İsraili dəstəkləməsinə baxmayaraq, Vaşinqton vəziyyətin nəzarətdən çıxacağından ehtiyat edir. Administrasiya Livan “Hizbullah”ının da İsraili iki cəbhədə vuruşmağa məcbur edərək döyüşlərə qoşulacağını istisna etmir.