İstər hərbi, istərsə də kibertəhlükəsizlik cəhətdən Çin ABŞ üçün daha böyük təhdiddir.
APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ənənəvi illik hesabatında yer alıb.
Sənəddə deyilir ki, hazırda rəsmi Pekin Tayvan əleyhinə yönələn planı çərçivəsində malik olduğu imkanları daha da genişləndirir.
Bu arada, sözügeən idarənin rəhbəri Talsi Qabbard hesabatı şərh edib:
“Çinin Hərbi Komandanlığı hipersəsli silahlar da daxil olmaqla, getdikcə daha müasir arsenaldan, habelə radarlardan yayına bilən qırıcı təyyarələrdən istifadəni genişləndirir. Rəsmi Pekin həm də ən yeni Kosmik cihazların istehsalı ilə də məşğuldur. Daha bir məqam isə rəsmi Pekinin nəhəng nüvə arsenalına malik olmasıdır. Çin tərəfi ABŞ-nin əsas strateji rəqibidir”