Amerikanın strateji nüvə qüvvələrinin üçdə ikisi döyüşə hazır vəziyyətdədir.
“Report” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Komandanlığı məlumat yayıb.
“Ölkənin təhlükəsiz, etibarlı və effektiv nüvə triadasının üçdə ikisi münaqişədə qalib gəlməyə həmişə hazırdırlar”, – bəyanatda deyilir.
Qeyd edək ki, hazırda ABŞ-ın strateji daşıma vasitələrində təxminən 1,7 min nüvə başlığı var.
Amerikalı ekspertlərin fikrincə, 1 370 nüvə başlığı silos əsaslı 400 Minuteman III qitələrarası ballistik raketdə daşınır.
Bundan əlavə, 46 ədəd “B-52H” strateji bombardmançı təyyarəsi və 20 ədəd “B-2” gizli bombardmançı təyyarə 300 nüvə başlığı ilə təmin olunub. Daha 100 taktiki nüvə bombası Avropadakı hava bazalarında yerləşir.
Bundan əlavə, hazırda Pentaqonun ehtiyatında yerləşdirilməyən 1 938 nüvə başlığı var.