NATO ilə Ukraynaya silah tədarükünə dair razılaşma çərçivəsində “Patriot” zenit-raket komplekslərinin ilk tədarükü artıq başlayıb.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.
“Onlar artıq göndərilir. Almaniyadan göndərilir və Almaniya onları yeniləri ilə əvəz edir. Hər bir halda ABŞ tam məbləğdə ödəniş alır”, – deyə Tramp qeyd edib.