ABŞ Ukraynaya geniş iqtisadi, hərbi və humanitar dəstək verəcək. Rusiya məğlub olana qədər Vaşinqton Kiyevi dəstəkləyəcək.
“The New York Times” yazır ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.
Pelosi bazar günü Ukraynaya səfərindən sonra deyib: “Amerika qələbə qazanılana qədər Ukraynanın yanında olacaq”.
Pelosi Ukraynanın müharibə dövründəki prezidenti ilə görüşündən təsirləndiyini deyib və Zelenskini “parlaq şəxsiyyət” adlandırıb. O, onların üç saatlıq görüşünü “liderlik üzrə usrad dərsi” adlandırıb.
O bildirib ki, Zelenski ilə görüşə amerikalı inqilabçı Tomas Peyndən sitat gətirməklə başlayıb. O, 1776-cı ildə yazırdı: “Zaman bizi tapdı. “Biz inanırıq ki, Ukraynanın vaxtı çatıb”, – Pelosi deyib. Bu mübarizə bütün dünyada demokratiyanın qorunmasına kömək edəcək, – deyə , o əlavə edib.