- Cəmiyyət

ABŞ: Rusiya Ukraynada hərbi cinayətlər törədir

ABŞ rəsmi olaraq bəyan edib ki, Rusiya hərbçilərinin hərəkətlərini hərbi cinayət hesab edir.

Bu açıqlama dövlət katibi Entoni Blinken tərəfindən prezident Co Bayden və dövlət katibinin müavini Vendi Şermanın hərbi cinayətlərin baş verməsinin onların şəxsi fikirləri olduğunu deməsindən sonra verilib.

“Bu gün mən elan edə bilərəm ki, hazırda mövcud olan məlumatlara əsasən, ABŞ hökuməti Rusiya ordusunun üzvlərinin Ukraynada hərbi cinayətlər törətdiyinə inanır. Bizim qiymətləndirməmiz hökumət və kəşfiyyat mənbələrindən əldə edilən məlumatların hərtərəfli nəzərdən keçirilməsinə əsaslanır.

unian..net