- Cəmiyyət, Manşet

ABŞ Rusiyanın BMT-nin İnsan Haqları Şurasından kənarlaşdırılmasına çağırıb

ABŞ Rusiyanın BMT-nin İnsan Haqlar Şurasından kənarlaşdırılması ilə bağlı məsələ qaldıracaq.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın təşkilatdakı səfiri Linda Tomas-Grinfild deyib.

O, Rusiyanın şuradakı iştirakının “komediya” olduğunu bildirib.

“Rusiyanın İnsan Haqları Şurasında iştirakı komediyadır. Bu, şuranın və BMT-nin etibarına böyük zərbə vurur. Bu yanlışdır və ona görə də biz inanırıq ki, BMT Baş Assambleyasında onun kənarlaşdırılması üçün səsvermənin vaxtıdır. Ukrayna, Avropa ölkələri və BMT-dəki digər tərəfdaşlarımızla birlikdə biz Rusiyanın BMT İnsan Haqları Şurasından kənarlaşdırılmasına çalışacağıq”, – səfir qeyd edib.