ABŞ Rusiyaya dollar ixracı, satışı və tədarükünü qadağan edib
Kamilinfo unian.net-ə istinadən bildirir ki. ABŞ prezidenti Co Bayden Rusiyaya ABŞ dolları əskinaslarının ixracını, satışını və tədarükünü qadağan edən fərman imzalayıb.
İnformasiya yenilənəcək…
Ağ Evdən əlavə ediblər ki, yeni fərman gələcəkdə Rusiya iqtisadiyyatının istənilən sektoruna investisiya qoyuluşuna məhdudiyyətlər qoymağa imkan verəcək.
Sənədin bəndlərindən biri ABŞ-dan və ya Amerika Birləşmiş Ştatlarının fiziki/hüquqi şəxsləri tərəfindən harada olmasından asılı olmayaraq Rusiya Federasiyasının hökumətinə və ya RF-də yerləşən hər hansı fiziki / hüquqi şəxsə birbaşa və ya dolayı yolla dollar əskinasların ixracına, təkrar ixracına, satışına və ya tədarükünə qadağa qoyulmasıdır.