- Cəmiyyət

ABŞ Ukraynanın 12 pilotuna F-16-ları idarə etmək üçün təlim keçəcək

Cari ildə ABŞ Ukrayna Silahlı Qüvvələrinin 12 pilotuna F-16 qırıcılarını idarə etmək üçün təlim keçəcək.

“Report” bu barədə CNN-ə istinadən xəbər verir.

Arizona Milli Qvardiyasının sözçüsü kapitan Erin Hanniqan telekanala bildirib ki, bütün ukraynalı pilotların may-avqust ayları arasında təlimləri başa vurması gözlənilir, baxmayaraq ki, dəqiq vaxt proqramın gedişatından asılıdır.

Oktyabrda təlimlərə başlayan dörd ukraynalı pilotdan ibarət ilk qrup yaya qədər F-16 qırıcıları ilə bağlı təlimləri başa çatdırmalıdır.

Hazırda ABŞ-də hər biri dörd pilotdan ibarət daha iki qrup təlim keçir. Onlardan biri yanvardan hazırlıqlara başlayıb. İkincisi hazırda Amerika döyüş təyyarəsini idarə etmək üçün tələb olunan ingilis dili təlimindən keçir.