BŞ Ukraynaya “Patriot” raketləri verəcəyi təqdirdə Rusiya onları məhv edəcək.
Azpost.info bildirir ki, bu barədə prezident Putin “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramında bildirib.
“Əlbəttə, hamısını vuracağıq. 100 faiz”-deyə Putin jurnalistə deyib. Bununla yanaşı o deyib ki, Ukraynada hələlik belə raket kompleksləri yoxdur.
Cümə axşamı Putin jurnalistlərlə söhbətdə deyib ki, “Patriot” çox köhnə sistemdir. Bu raket kompleksi Rusiyanın C-300 raketləri kimi işləmir.