ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.
“Report” bu barədə Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.
“Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ərazisində silahlı qruplar arasında aktiv toqquşmalar davam edir”, – bəyanatda qeyd olunub.
Qurum, həmçinin Suriyada qalmaq qərarına gələn vətəndaşlarını fövqəladə hallar üçün fəaliyyət planı düşünməli olduqları barədə xəbərdar edib.