ABŞ, İsrail və Ukrayna Kiyevə səkkizədək İsrailin “Patriot” hava hücumundan müdafiə sisteminin mümkün tədarükü ilə bağlı danışıqlar aparır.
“Report” xəbər verir ki, bu barədə “The Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Ehtimal olunur ki, komplekslər əvvəlcə İsrail tərəfindən ABŞ-yə ötürüləcək və yalnız bundan sonra Ukraynanın sərəncamına veriləcək. Qəzet qeyd edib ki, hazırda sövdələşmə hələ yekunlaşmayıb.
Nəşrə görə, belə bir addım İsrailin Rusiya ilə münasibətlərə yanaşmasında dəyişikliyin işartısı olacaq.