ABŞ öz vətəndaşlarının Haitidən təxliyəsinə başlayır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Martın 20-dən etibarən ABŞ hökuməti öz vətəndaşlarının Haitidən təhlükəsiz çıxışını asanlaşdırır. Biz Port-au-Prinsdən Santo Dominqoya, Dominikan Respublikasına çarter reysləri təşkil edirik. ABŞ hökumətinin nümayəndələri konsulluq yardımı göstərmək üçün oradadırlar”, – Patel deyib.
Bu günə qədər təxminən 1,6 min amerikalı Haitidən təxliyə üçün hökumətə müraciət edib.