ABŞ ordusunun Yəmənin şimal-qərbindəki Saada şəhərində Afrika ölkələrindən olan miqrantların saxlandığı mərkəzə endirdiyi zərbələr nəticəsində azı 30 nəfər həlak olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, daha azı 50 yaralı yerli xəstəxanaya çatdırılıb, onların əksəriyyətinin vəziyyəti ağırdır.