- Mədəniyyət

“Açıq mikrofon” layihəsi çərçivəsində növbəti tədbir

Yanvarın 18-də Azərbaycan Rəngkarlıq Muzeyində “Açıq mikrofon” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.

YARAT-dan AZƏRTAC-a bildirilib ki, müasir şairlərin poeziyası ilə tanış olmaq istəyənlər tədbirə qatıla bilərlər.

Tədbirdə müəllif şeirləri və digər əsərlər səsləndiriləcək.

Moderatoru Ayxan İbrahimov olan tədbirdə 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər.